...

Bakı-Tbilisi-Ceyhan neft kəmərinin genişləndirilməsi təqribən 70 milyon dollara başa gələcək – "BP Azerbaijan" şirkətinin vitse-prezidenti (video)

Energetika Materials 29 Aprel 2008 19:15 (UTC +04:00)
Bakı-Tbilisi-Ceyhan neft kəmərinin genişləndirilməsi təqribən 70 milyon dollara başa gələcək – "BP Azerbaijan" şirkətinin vitse-prezidenti (video)

Azərbaycan, Bakı, 29 aprel/ Trend , müxbir S.Əliyev/ Bakı-Tbilisi-Ceyhan neft kəmərinin ötürmə gücünün sutkada 1 mln. bareldən 1,2 mln. barelədək artırılması təqribən $69 mln. qiymətləndirilir. Bu barədə çərşənbə axşamı "BP Azerbaijan" şirkətinin vitse-prezidenti Rəşid Cavanşir məlumat verib. Bu vəsaitlərin hesabına boru kəmərində ingibitorların (kimyəvi reagentlər) tətbiqi üçün avadanlıq quraşdırılacaq.

Boru kəmərinin ötürmə gücünün artırılması üzrə işlər ilin sonunda başa çatacaq. Hazırda boru kəməri ilə sutkada təqribən 800 min barel neft nəql edilir. İlin sonunadək bu göstərici sutkada 1 mln. barelə çatdırılacaq.

"Boru kəmərinin ötürmə gücünün genişləndirilməsi nəqletmə həcminin artırılmasından başqa təmir və digər əməliyyatların həyata keçirilməsi zamanı şirkətin çevikliyini artırmağa imkan verəcək", - Cavanşir bildirib.

Avadanlığın quraşdırılması üzrə işləri Azfen BM (Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) 60 faiz iştirak, Türkiyənin Tekfen şirkəti - 40 faiz) həyata keçirəcək. Bundan əlavə, Azfen BM Gürcüstandakı iki nasos stansiyasında analoji qurğular tikəcək. Boru kəmərinə kimyəvi reagentlərin vurulması məqsədilə Türkiyədəki nasos stansiyaları üçün qurğuların tikintisini Tekfen şirkəti aparır.

Boru kəmərinin ötürmə gücünün sutkada 1,6 mln. barelədək artırılmasına dair sonrakı işlər 2009-cu ildən sonra həyata keçirilə bilər. Bu ötürmə gücünə bəzi yerlərdə boru kəmərinin dövrələmə sahələrinin tikintisi və boru kəmərinin marşrutu üzrə nasos stansiyalarında əlavə avadanlığın (nasosların) quraşdırılması ilə nail olmaq olar.

2007-ci ilin aprelindən etibarən, Azərbaycanın yüngül neftinin dünya bazarlarına ixracı əsasən BTC boru kəməri ilə həyata keçirilir. 2007-ci il ərzində bu neft kəməri üzrə 28 mln. ton neft nəql edilib. BTC üzrə ixracın başlamasından indiyədək onunla 45 mln. tondan çox neft nəql edilib. Yataqlardan Səngəçaldakı terminala çatdırılan 1 barel yüngül Azərbaycan nefti hasilatının maya dəyəri $2 təşkil edir.

BTC neft kəmərinin ümumi uzunluğu 1768 kilometrdir. Bunun 443 km Azərbaycan, 249 km Gürcüstan, 1076 km Türkiyə ərazisindən keçir. Boru kəmərinin tikintisi 2003-cü ilin aprelində, onun neftlə doldurulması isə 2005-ci il mayın 18-də başlayıb.

BTC-nin tikintisi $4 mlrd.-a başa gəlib. Bu, tikinti işlərinə, boru kəmərinin doldurulmasına olan xərclərdir. Maliyyə xərcləri və bank faizlərinin ödənilməsi bura daxil deyil. Ümumi maliyyə kreditinin məbləği $2,6 mlrd. təşkil edir.

BTC Co-nun səhmdarları aşağıdakılardır: BP (30,1 faiz); AzBTC (25 faiz); Chevron (8,9 faiz); StatoilHydro (8,71 faiz); TRAO (6,53 faiz); Eni (5 faiz); Total (5 proüentov); Itochu (3,40 faiz); Inpex (2,5 faiz); ConocoPhillips (2,50 faiz) və Hess (2,36 faiz).

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti