...

Əliyev adına Bakı Dərin Özüllər Zavodu auditdən keçib

Energetika Materials 29 Aprel 2008 20:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 aprel/ Trend / Aprelin 22-25-də Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu "Russkiy Registr" Beynəlxalq Sertifikatlaşdırma Assosiasiyası tərəfindən keçirilmiş auditə əsasən, inteqrə menecment sisteminin beynəlxalq standartlara, həmçinin İQNET Beynəlxalq Sertifikatlaşdırma Şəbəkəsi modelinə uyğun gəlməsi təsdiqlənib. Bu barədə ARDNŞ-ın çərşənbə axşamı yayılan məlumatında deyilir.

Ötən ilin aprel ayından etibarən zavodda İSO sistemlərinin tətbiqinə başlanılıb. Zavod "Russkiy Registr" Beynəlxalq Sertifikatlaşdırma Assosiasiyası tərəfindən İSO 9001-2001 keyfiyyət idarəetmə sistemi, İSO 14001:2004 ətraf mühit menecment sistemi, OHSAS 18001:1999 əməyin təhlükəsizliyi və peşə sağlamlığı menecment sistemi, İQNET Beynəlxalq Sertifikatlaşdırma Şəbəkəsinə qeydiyyata alınıb.

Xəbər lenti

Xəbər lenti