...

Qazaxıstan neftinin Azərbaycan vasitəsilə aşırılması üzrə nəqliyyat sazişinin hazırlanmasının başa çatacağı müddət müəyyən edilib

Energetika Materials 12 İyun 2008 20:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 iyun/ Trend Cap , müxbir E.İsmayılov/ Qazaxıstan Xəzər Neft Nəqli Sisteminin (Kazakhstan Caspian Transportation System - KCTS) əsas prinsipləri üzrə Qazaxıstan və Azərbaycan arasında saziş hazırlanması bu ilin sentyabr-oktyabrında başa çatacaq. Bu barədə cümə axşamı Azərbaycan Dövlət Neft Şirkətinin yüksək vəzifəli nümayəndəsi məlumat verib.

ARDNŞ nümayəndəsi bildirib ki, hazırda bu sənəd üzərində iş aparılır.

Qazaxıstan neftinin Azərbaycan ərazisi ilə nəqlinə dair müqavilə 2006-cı il iyunun 16-da imzalanıb. "Kaşağan" və "Tengiz" yataqları, həmçinin digər dəniz layihələri ehtiyat bazası kimi çıxış edir.

Bu sistem çərçivəsində, neftin Qazaxıstandan Bakıyadək nəqli və onun Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə göndərilməsinin həyata keçirilməsi planlaşdırlır. Qazaxıstan tərəfi KCTS-nin yaradılmasını ilkin olaraq $3 mlrd. qiymətləndirir. Qazaxıstanda terminalların tikintisi üçün təqribən $500-600 mln. tələb olunacaq. Azərbaycanda terminalların tikintisinə təqribən $700 mln. lazımdır. O, neftin sahilə çatıdırlması üçün Qazaxıstanda Eskene-Kurık boru kəmərinin tikintisini nəzərdə tutur. Gücü təqribən ildə 20 mln. ton olan boru kəmərinin ilkin dəyəri birinci mərhələdə təxminən $1,3-1,4 mlrd. təşkil edəcək. Hər tankerin dəyəri $70-80 mln. səviyyəsində nəzərdə tutulur. Güman edilir ki, hər tanker beş mln. tonadək neft daşıyacaq. Tankerlərin dedveyti təqribən 60 min ton həcmində nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti