Azərbaycan, Bakı, 16 oktyabr/ Trend / Palmali Şirkətlər Qrupu Rusiyanın Nijeqorodsk vilayətində yerləşən"Krasnoe Sormovo"gəmiqayırma zavodundan növbəti tanker alıb, - Palmali-nin məlumatında qeyd olunub.
Bəşir Səfəroğlu adlanan gəminin
sifarişçisi Palmali şirkətidir. Müqaviləyə
əsasən, on ərzaq - kimya malları daşıyan
gəminin tikilməsi nəzərdə turulub. İlk beş
gəmi ilə bağlı müqavilə 2007 -ci ilin
fevralında imzalanıb. Həmin ilin dekabrında daha beş
gəmi üzrə müqavilə bağlanılıb.
Bəşir Səfəroğlu gəmisinin uzunluğu 139,95 м, eni 16,60 м, göyərtənin hündürlüyü 6,0 м, dənizdə dedveytliyi 7000 min ton, çayda 4700 tondur.
2008 - ci ilin iyulunda "Krasnoe Sormovo"zavodu Türkiyə şirkətinə Kura River, avqustda isə, Nasiba Zeynalova tankerini göndərib.