...

Azərbaycan neftinin qiyməti: 24 -28 noyabr həftəsinin yekunları

Energetika Materials 1 Dekabr 2008 15:43 (UTC +04:00)
Azərbaycan neftinin qiyməti: 24 -28 noyabr həftəsinin yekunları

Azərbaycan, Bakı, 01 dekabr / Trend , müxbir A.Bədəlova/ 24 -28 noyabr həftəsində Azərbaycanın Türkiyənin Ceyhan və Gürcüstanın Batumi limanından satdığı AZERI LT (CIF) neftinin orta qiyməti $50,99/barel. təşkil edib ki, bu da əvvəlki həftənin qiymətindən $1,38/barel çoxdur.

24 -28 noyabr həftəsində AZERI LT neftinin maksimal qiyməti $52/barel, minimal qiyməti $49,72/barel təşkil edib. Azeri Light neftinin APİ üzrə sıxlığı 34,6 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 0,14% - dir.

24 -28 noyabr həftəsində Azərbaycanın Novorossiysk limanından satdığı URALS (EX-NOVO) neftinin orta qiyməti $47,04/barel təşkil edib ki, bu da əvvəlki həftənin qiymətindən $1,3/barel çoxdur.

24 - 28 noyabr həftəsində URALS neftinin maksimal qiyməti $48,04/barel, minimal qiymət $44,84/barel təşkil edib.

URALS neftinin sıxlığı APİ üzrə 32 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 1,3% - dir. Lakin satış zamanı bu neft növünün spesifikasiyası, müxtəlif vaxtlarda tərkibində daha çox (daha az) dominantlıq edən keyfiyyətli neft növlərindən asılı olaraq, dəyişir.

24-28 noyabr həftəsində Brent Dated neftinin orta qiyməti $49,36/barel təşkil edib və bu da əvvəlki həftənin qiymətindən $1,1/barel çoxdur.

Ötən həftə Brent neftinin maksimal qiyməti $50,41/barel, minimal qiymət $48/barel təşkil edib.

Brent Dated neftinin sıxlığı APİ üzrə 38,3 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 0,36% - dir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti