...

Azərbaycanda maye qaz istehsalı 20 faizdən çox artıb

Energetika Materials 9 Dekabr 2008 11:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 dekabr/ Trend / Yanvar-noyabrda SOCAR şirkətinə (Azərbaycan Dövlət Neft Şirkəti) daxil olan H.Əliyev adına Neft Emalı Zavodunda (keçmiş "Azneftyanacaq") təxminən 170 min ton maye qaz istehsal edilib. Ötən ilin analoji dövründə bu rəqəm 130 min tona bərabər olub, - SOCAR-dan bildiriblər.

2007-ci ildə cəmi 145 min butan-butilen qarışığı istehsal olunub. 2006-cı ildə bu həcm 148,22 min tona, 2005-ci ildə 129,62 min tona bərabər olub.

2007-2006-cı illərdə olduğu kimi, 2008-ci ilin yanvar-noyabrında da bu müəssisədə propan-propilen qarışığı istehsal edilməyib. 2005-cı ildə 3,02 min ton propan-propilen istehsal edilib.

Xəbər lenti

Xəbər lenti