...

SOCAR şirkəti iri dəniz yatağında yeni yüksək debitli quyu istismara verib

Energetika Materials 9 Dekabr 2008 12:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 dekabr/ Trend / SOCAR şirkəti (Azərbaycan Dövlət Neft Şirkəti) "Günəşli-8" platformasında yeni yüksək debitli neft-qaz quyusu istismara verib, - SOCAR-ın məlumatında deyilir. Bu, platformadan qazılmış sayca artıq 26-cı quyudur.

Yeni quyuda sutkalıq hasilat 150 ton neft və 50 min kubmetr qaza bərabərdir. Quyunun dərinliyi 2900 metr təşkil edir.

"Günəşli" SOCAR-ın müstəqil işlədiyi ən iri neft-qaz yatağıdır. Şirkətin ümumi neft və qaz hasilatının müvafiq olaraq 60 və 70 faizi bu yatağın payına düşür.

Ümumilikdə "Günəşli-8" platformasından sutkada 4 min ton neft və 2,6 mln. kubmetr qaz hasil edilir.

Yeni quyuların qazılması, SOCAR-ın təsdiqlədiyi 2008-2010-cu illərdə "Günəşli" dəniz-neft qaz yatağını işləyən NQÇİ-nin yeni inkişaf proqramı çərçivəsində həyata keçirilir. Proqram çərçivəsində neft hasilatının sabitləşdirilməsi və təbii qaz hasilatı həcminin artırılması planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti