...

Dünya bazarlarında neftin qiymətləri kəskin düşəcək – Azərbaycan Parlamentinin komissiya üzvü

Energetika Materials 11 Dekabr 2008 18:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 dekabr/ Trend , müxbir E.İsmayılov/ Dünya maliyyə böhranı ilə bağlı olaraq, dünya bazarlarında bir barel neftin qiyməti, , 25 dollara düşə bilər. Bu barədə cümə axşamı Azərbaycan Parlamentinin iqtisadi siyasət daimi komissiyasının üzvü Vahid Əhmədov bildirib.

"Dünyada müşahidə olunan maliyyə böhranı 2009 - cu ildə də davam edəcək. Bizim proqnozlarımıza görə, neftin qiyməti kəskin düşəcək. Ola bilsin ki, o, hətta 25 dollara çatsın", - deyə Əhmədov bildirib.

Onun fikrincə, qiymətlərin düşmə prosesi neftin bir bareli 147 dollara qalxanda gözlənilirdi. 2009-cu ildə neftin qiyməti, orta hesabla, 50 dollardan artıq olmayacaq.

Dünyada mal qiymətlərinin düşməsi neyft qiymətlərinin azalması ilə bağldır. "Dünya bazarlarında neftin qiyməti 40 dollardırsa və o, bütün malların maya dəyərinin əsasını təşkil edirsə, deməli, onların da qiymətləri düşməlidir, o cümlədən ərzaq məhsulları və digər malların qiymətləri", - deyə Əhmədov bildirib.

Onun fikrincə, Axzərbaycanda qiymət düşməsi artmağa başlayıb, 2009-cu ilin birinci yarısında daha çox sürətlənəcək.

Əhmədov bildirib ki, dünya maliyyə böhranı işgüzar fəallığada təsir göstərə bilər, o, artıq Azərbaycanda kredit proseslərinə təsir göstərib

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti