...

Yanvarda Bakı - Tbilisi - Ceyhan boru kəməri ilə tengiz nefti nəqlinin həcmi azalacaq

Energetika Materials 11 Dekabr 2008 20:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 dekabr/ Trend / 2009-cu ilin yanvarında Tengizchevroil şirkəti Bakı - Tbilisi - Ceyhan (BTC) boru kəməri ilə 1,2 mln. barel neft nəql edəcək, - Energy Intelligence Group Inc. yazır. Neft iki partiya ilə yüklənəcək.

Sazişin şərtlərinə əsasən, tengiz nefti BTC ilə və dəmir yolu vasitəsilə Gürcüstanın Kulevi və Batumi limanlarına nəql olunacaq. Müqavilə şərtlərinə  görə, nəql edilən həcmləri bərabər paylara bölmək mümkün olacaq.

Qazaxıstandan neft Bakıya tankerlərlə çatıdırılır, sonra isə BTC boru  kəmərinə vurulur və ya dəmir yolu ilə Gürcüstanın Qara dəniz terminallarına göndərilir.

ChevronTexaco Qazaxıstanın "Tengiz" yatağının operatorudur. Müqavilə sahəsinin işlənilməsi ilə Tengizchevroil əməliyyat şirkəti məşğul olur.

BTC neft kəmərinin ümumi uzunluğu 1768 kilometrdir;  443 km -Azərabaycan, 249 - Gürcüstan, 1076 km - Türkiyə ərazisindən keçir.  

BTC Co-nun səhmdarlari ağağdakılardır: BP (30,1 faiz); AzBTC (25  faiz); Chevron (8,90  faiz ); Statoil (8,71  faiz ); ТРАО (6,53  faiz ); Eni (5  faiz ); Total (5  faiz ); Itochu (3,40  faiz ); Inpex (2,50  faiz ); ConocoPhillips (2,50  faiz ) və Amerada Hess (2,36  faiz). Gürcüstanın Kulevi Qara dəniz limanındakı terminaın sahibi Azərbaycanın Dövlət Neft Şirkəti, Batumi terminalının sahibi "KazMunayqaz" şirkətidir.

Xəbər lenti

Xəbər lenti