Azərbaycan, Bakı, 12 dekabr/ Trend ,müxbir İ.Əlizadə/ Bu gün Bakıda enerji məsələləri üzrə Azərbaycan-Gürcüstan danışıqları keçiriləcək. Gürcüstanın enerji naziri Aleksandr Hetaquri Azərbaycanın paytaxtında səfərdədir.
"Bakıya səfərim zamanı enerji əməkdaşlığı məsələləri üzrə danışıqlar aparılacaq", - Hetaquri bildirib.
Azərbaycan Gürcüstana qaz, neft məhsulları və elektrik enerjisi ixrac edir.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]