...

İran və Türkiyə qaz kəmərinin çəkilməsi məqsədilə müştərək şirkətlər yaradırlar

Energetika Materials 17 Dekabr 2008 16:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 dekabr/ Trend / İran və Türkiyə qaz kəmərinin çəkilməsi layihəsinin həyata keçirilməsi məqsədilə iki müştərək şirkət yaradacaq. "Şirkətlərdən biri İranın Əsəluyyə şəhərindən Türkiyə sərhədinədək, digəri isə, Türkiyə sərhədindən Yunanıstan sərhədinədək qaz kəmərinin çəkilməsi ilə məşğul olacaq", - İranın neft naziri Qulamhüseyn Nozari bildirib, - İİR-in İRNA agentliyi xəbər verir.

Qulamhüseyn Nozəri çərşənbə axşamı OPEK-ə üzv ölkələrin Əlcəzairdə keçirilən iclasında iştirak etmək üçün gedərkən Ankara hava limanında Türkiyənin enerji naziri Helmi Gülər ilə görüş keçirib. Görüşdə İranın "Cənub Pars" yatağından qaz hasilatı və boru kəmərinin çəkilməsi məsələsi müzakirə olunub.

Nozarinin sözlərinə görə, görüşdə , əsasən, iki müştərək şirkətin yaradılması məsələsi müzakirə olunub. "Biz Türkiyəyə Cənub Pars qaz yataqlarının 23 - 24 - cü mərhələlərinin inkişafında iştirak etmək üçün öz layihələrini təqdim etməyi də təklif etdik. Türkiyənin enerji naziri ümumilikdə bizim təklifimizi qəbul etdi", - nazir deyib..

Nozəri əlavə edib ki, iki şirkətin yaradılması ilə bağlı müzakirələr aparmaq məqsədi ilə həftənin sonunda İranın Neft Nazirliyinin nümayəndə heyəti Türkiyəyə səfər edəcək.

Xəbər lenti

Xəbər lenti