...

"Enerqo-pro Qruziya" şirkəti iri su - elektrik stansiyasını alıb

Energetika Materials 20 Dekabr 2008 13:46 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 20 dekabr/ Trend , müxbir N.Kirtsxaliya/ "Enerqo - pro Qruziya" şirkəti bir gün əvvəl Gürcüstanın İqtisadiyyat Nazirliyində keçirilən hərracda Ortaçal SES üçün 25,25 miliyon dollar ödəyib. SES -in yeni sahibi ay ərzində bütün məbləği ödəməlidir.

"Enerqo-pro Qruziya" Tbilisinin mərkəzində yerləşən SES -i illik 70 faizlik istehsal gücü ilə təmin etməlidir.

"Ortaçal SGS" MMC şirkətinin Nizamnamə kapitalı 1 mln 768 min 670 laridir.

SES - in keçmiş icarədarı "Ortaçal enerji" şirkəti İqtisadiyyat Nazirliyini icarə müqaviləsini pozduğuna görə məkkəməyə vermək niyyətindədir. Lakin idarədən bildiriblər ki, müqavilə müddəti bu il başa çatır və dövlət şirkətin təklif etdiyi şərtlərlə razı deyil.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti