...

"Nabukko" qaz kəməri layihəsi üzrə hökumətlərarası sazişin 2009 - cu ilin əvvəlində imzalanacağı gözlənilir

Energetika Materials 22 Dekabr 2008 19:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 dekabr/ Trend , müxbir A.Bədəlova/ Türkiyə və "Nabukko" qaz kəmərinin çəkilməsi layihəsində iştirak edən digər tranzit ölkələri arasında hökumətlərarası saziş 2009 - cu ilin birinci rübündə imzalanacaq, - Nabucco Gas Pipeline International-ın bazar ertəsi yayılan məlumatında deyilir.

"Bu gün saziş nazirlər səviyyəsində danışıqlar prosesindədir". - sənəddə deyilir.

"Nabukko" layihəsinin iştirakçıları OMV, Macarıstanın MOL, Bolqarıstanın Bulgargaz, Rumıniyanın Transgaz, Türkiyənin Botas və Almaniyanın RWE şirkətləridir. Onların hər birinin payı bərabərdir- 16,67 faiz.

Layihənin ümumi dəyərinin təxminən 30 faizi Nabucco Gas Pipeline International-ın səhmdarları tərəfindən ödəniləcək, qalan 70 faizi isə kreditlərin payına düşəcək.

Maliyyə institutları ilə danışıqlar, təfərrüatlı injinirinq də gələn il başlayacaq. 

Məlumatda deyilir ki, 2020-2025 - ci illərə Avropada qaza tələbat 2008-ci ildəki 500 mlrd. kubmetrdən 700 mlrd. kubmetrədək artacaq.

Dəyəri 7,9 mlrd. avro olan "Nabukko" qaz kəməri ilə Azərbaycan və Mərkəzi Asiyadan Avropa İttifaqı ölkələrinə qaz ixracı güman olunur. Boru kəmərinin maksimal gücü ildə 31 mlrd. kubmetr təşkil edəcək. Bu gücün 50 faizi Nabucco Gas Pipeline International-ın səhmdarlarına, qalan 50 faizi üçüncü tərəflərə məxsus olacaq.

"Nabukko" qaz kəmərinin çəkilməsinin birinci mərhələsinə 2010-cu ildə başlanılacaq.O, Türkiyə və Avstriya arasında iki min kilometrlik boru kəmərinin çəkilməsini əhatə edir. Növbəti iki il ərzində Türkiyə -Gürcüstan, Türkiyə - İran sərhədlərindəki mövcud boru kəməri gücləri işə cəlb ediləcək. Boru kəmərinin çəkilişinin ikinci fazası 2014-cü ilin sonunadək olan dövrü əhatə edir və Türkiyə-Gürcüstan və Türkiyə-İran sahələrində bölmələrin tikintisini özündə birləşdirir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: с[email protected]

Xəbər lenti

Xəbər lenti