Azərbaycan, Bakı, 24 dekabr/ Trend / SOCAR şirkəti (Azərbaycan Dövlət Neft Şirkəti) Gürcüstanın Supsa limanından Azeri Light markalı şəxsi neft partiyasının satışına dair növbəti tenderi yekunlaşdırıb.
SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin məlumatında bildirilir ki, 600 min barel həcmində neft partiyası 2009 - cu il yanvarın 28 -29 - da Yeni Zelandiyanın Sumato Energy Group treyderi tərəfindən göndəriləcək.