...

Türkiyədə Bakı -Tbilisi - Ceyhan neft kəmərinin genişləndirilməsi üzrə işlər başa çatır

Energetika Materials 26 Dekabr 2008 19:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 dekabr/ Trend , müxbir E.İsmayılov/ "Yaxın günlərdə Türkiyə ərazisində Bakı - Tbilisi - Ceyhan (BTC) neft kəmərinin ötürmə gücünün sutkada 1 mln. bareldən 1,2 mln. barelədək artırılması üzrə işlər başa çatacaq", - BP Turkey şirkətinin mətbuat katibi Murat Lekont cümə günü telefonla bildirib.

Onun sözlərinə görə, "ötürmə gücünün genişləndirilməsi üzrə işlər bir neçə günə başa çatacaq".

Boru kəmərinin ötürmə gücünün sutkada 1,6 mln. barel neftədək genişləndirilməsi hələ nəzərdən keçirilmir və "bu barədə danışmaq hələ tezdir", - Lekont əvvəllər bildirib. Əsas məqsəd ötürmə gücünün sutkada 1,2 mln. barelə çatdırılmasıdır.

2009 - cu ilin əvvəlindən boru kəmərinin ötürmə gücü sutkada 1,2 mln. barel təşkil etsə də,  boru kəmərindəki neft həcminin bu rəqəmə çatıdırılacağı müddət hələ məlum deyil, - BP Turkey-in mətbuat katibi əvvəllər bildirib.

Bakı - Tbilisi - Ceyhan (BTC) neft kəmərinin ötürmə gücünün sutkada 1 mln. bareldən 1,2 mln. barelədək genişləndirilməsinin dəyəri 69 mln. dollar qiymətləndirilir. Bu vəsaitlər hesabına boru kəmərində ingibitorların (kimyəvi reagentlər) tətbiqi üçün avadanlıq quraşdırılacaq.  Hazırda işlər Azərbaycan, Gürcüstan və Türkiyə ərazisində aparılır.

2007-ci ilin aprelindən yüngül Azərbaycan nefti ,əsasən, BTC boru kəməri ilə dünya bazarlarına çıxarılır.

BTC neft kəmərinin ümumi uzunluğu 1768 kilometrdir -- 443 km Azərabaycan, 249 km - Gürcüstan, 1076 km - Türkiyə ərazisindən keçir. Boru kəmərinin tikintisi 2003-cü ildə, onun neftlə doldurulması 2005-ci il mayın 18-də başlayıb.

BTC-nin tikintisi 4 mlrd. dollara başa gəlib. Bu tikinti işləri, boru kəmərinin doldurulmasına çəkilən xərclərdir. Maliyyə xərcləri və bank faizlərinin ödənilməsi bura daxil deyil. Ümumi maliyyə kreditinin məbləği 2,6 mlrd. dollar təşkil edir.

BTC Co-nun səhmdarları aşağıdakılardır: BP (30,1 faiz); AzBTC (25  faiz); Chevron (8,90  faiz ); Statoil (8,71  faiz ); ТРАО (6,53  faiz ); Eni (5  faiz ); Total (5  faiz ); Itochu (3,40  faiz ); Inpex (2,50  faiz ); ConocoPhillips (2,50  faiz ) və Amerada Hess (2,36  faiz ).

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti