...

Yunanıstan gələcəkdə təbii qazı Azərbaycandan almaq niyyətindədir - XİN başçısı

Energetika Materials 1 Mart 2009 17:55 (UTC +04:00)
Yunanıstan gələcəkdə təbii qazı Azərbaycandan almaq niyyətindədir - XİN başçısı

Yunanıstan gələcəkdə təbii qazı təkcə Rusiyadan deyil, həm də Azərbaycandan almaq niyyətindədir. Bu, Yunanıstanın enerji mənbələrinin diversifikasiyası ilə bağlı strategiyasına uyğun gəlir. Bunu bazar günü Yunanıstanın XİN rəhbəri Dora Bakoyanni deyib.
Hazırda Yunanıstan qazın 80 faizinədək Rusiyadan alır.
"Doğruluğu təsdiqlənən Yunanıstanın enerji məsələlərindəki strategiyasını təqdim etmək imkanım olub", - deyə Bakoyanni ABŞ-a bu həftə etdiyi səfəri haqqında Yunanıstanın "Katemerini" qəzetinə müsahibəsində bildirib.
"Biz Rusiya ilə möhkəm strateji əməkdaşlıq əlaqələri qurmaqla yanaşı Azərbaycandan gələn boru kəmərinə də vəsait yatırırıq", - deyə o vurğulayıb.
Yunanıstan "Cənub axını" boru kəməri layihəsində iştirak edir. Bu xətt vasitəsi ilə Rusiya qazı Cənubi və Mərkəzi Avropa ölkələrinə nəql olunmalıdır. Həmçinin Yunanıstan Türkiyə və İtaliya ilə birgə TGI boru kəməri layihəsini reallaşdırmaq və bu xətlə Azərbaycan qazını almaq niyyətindədir. Müvafiq planlarla bağlı müzakirələr Azərbaycan prezidenti İlham Əliyevin Afinaya səfəri zamanı aparılıb.
Bakoyanninin sözlərinə görə, Yunanıstan Türkiyənin mövqeyindən narahatdır. Ankara öncə Azərbaycan qazının Yunanıstana nəqlində tranzitini həyata keçirmək niyyətini açıqlasa da, hazırda bu məsələdə aydınlıq yoxdur.
RİA Novosti agentliyinin xəbərinə görə, ABŞ nümayəndələri əvvəllər Rusiya qazının idxaldakı payını azaltmaq üçün Yunanıstan və digər Avropa ölkələrinə enerji resurslarının idxalının diversifikasiyası ilə bağlı öz təkliflərini irəli sürüblər.

Xəbər lenti

Xəbər lenti