...

Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə 650 min ton bareldən çox neft ötürülür

Energetika Materials 2 Mart 2009 19:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 mart  / Trend / Hazırda Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə sutkada 650 min ton bareldən çox neft ötürülür. Sutkada təxminən 100 min ton barel neft isə Bakı-Supsa boru kəməri ilə ötürülür, - bazar ertəsi Azərbaycanın neft sənayesi mənbəsindən xəbər verilib.

Bu marşrutla ötürülən neft "Azəri-Çıraq-Günəşli" (AÇG)yatağından əldə edilir. Yataqlardan əldə edilən neftin sutkalıq orta həcmi 750 min barel təşkil edir.

BTC-nin tikintisi dörd milyard dollara başa gəlib. Bu göstərici tikinti işlərinin qiymətidir, borunun doldurulması, maliyyə xərcləri və bank faizlərinin ödənilməsi bura daxil deyil.

BTC Co-nın səhmdarları: BP-operator (30,1); AzBTC (25 faiz), Chevron (8,90 faiz); StatoilHydro (8,71 faiz); TPAO (6,53); Eni (5 faiz); Total (5 faiz); Itochu (3,40 faiz); Inpex (2,50 faiz); ConocoPhilips (2,50 faiz) və Hess (2,36 faiz)

Bakı-Supsa boru kəmərinin operatoru AÇG yatağının iştirakçıları olan Azərbaycan Beynəlxalq Əməliyyat şirkətidir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti