...

Türkiyənin TPAO şirkəti 2008-ci ildə Azərbaycana 308 milyon dollar yatırım edib

Energetika Materials 3 Mart 2009 20:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 mart / Trend , müxbir E.İsmayılov / Türkiyənin Azərbaycandakı səfirinin müşaviri Cahid Böyüktürk "Business Time" jurnalına verdiyi müsahibədə bildirib ki, 2008-ci ildə Azərbaycana yatırılmış Türkiyə sərmayəsinin ümumi həcmi 3,277 mln. dollar təşkil edib.

Sərmayələrin çox hissəsi enerji sektorunun payına düşür. Təkcə Türkiyənin TPAO neft-qaz şirkətinin 2008-ci ildə bu sahəyə yatırdığı 308 milyon dollar vəsait enerji sahəsindəki yatırımların ümumi həcmini 3,2 milyard dollara çatdırıb.

Türkiyənin TPAO neft-qaz şirkəti Azərbaycanda bir çox layihələrdə iştirak edir. O cümlədən "Azəri-Çıraq-Günəşli" yataqının öyrənilməsində (6,75%), "Şahdəniz" layihəsində (9%), "Alov" yatağının öyrənilməsində (10%) iştirak edir. 

"Təkcə 2008-ci ildə TPAO Azərbaycanın enerji layihələrinə 308 mln.dollar yatırım edib və 142 mln. dollar həcmində vergi ödəyib", - Böyüktürk deyib. 

Hazırda Azərbaycanda fəaliyyət göstərən türk şirkətlərinin sayı 400-ə yaxındır.

Əsasən yatırımlar neft, tikinti, telekomunikasiya, bank, sığorta, nəqliyyat, qida, tekstil, mebel və iqtisadiyyatın digər sahələrinə edilib.

Böyüktürkün sözlərinə əsasən, 2009-cu ildə Türkiyənin "Tekfen İnshaat" şirkətində SOCAR-ın iştirakı üçün səhmlərin 50%-ini alması gözlənilir.  

Saziş 520 mln. dollar həcmində dəyərləndirilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti