...

Aşqabad və Daşkənd Türkmənistan qazının nəqli məsələsində razılığa gəliblər

Energetika Materials 4 Mart 2009 19:01 (UTC +04:00)

Türkmənistan, Aşqabad, 04 mart / Trend , müxbir H.Həsənov / Türkmənistan və Özbəkistan hökumətləri Türkmənistan qazının nəqli və yanacaq-energetika sahəsində əməkdaşlığın artırılması ilə bağlı məsələdə dəqiq razılığa gəliblər, - rəsmi Türkmənistan mənbələrindən xəbər verilir.

Onun sözlərinə görə, bu barədə Nazirlər Kabinetinin sonuncu iclasında Türkmənistan Baş nazirinin müavini, YEK-in ölkədəki başçısı Taçberdi Tağıyev məlumat verib. Qazaxıstan kimi qonşu Özbəkistan da Türkmənistan enerji daşıyıcılarının geri ixracının iki marşrut üzrə təchizi istiqamətində strateji cəhətdən vacib tərəfdaşlardan biridir.

Türkmənistan Xəzər dənizində əsas tədarükçülərdən biri kimi hazırda qazın böyük həcmini, yaxın zamanlarda qaz ixracının həcmini artırmaq istəyən Rusiyaya satır (40-50 milyon kubmetr).

Yanacağın ilkin həcmi 40 milyard kub metrə qədər, artırılma perspektivi isə ildə 5 milyard kub metr həcmində planlaşdırılıb.

Növbəti ilin əvvəllərində Türkmənistan yanacağının Amudəryanın Türkmənistan sahillərindən, Özbəkistan və Qazaxıstan ərazilərindən keçməklə Çinə ötürülməsi məqsədilə boru kəmərinin tikintisi planlaşdırılır.

Fevralın sonunda Türkmənistan Prezidenti Qurbanqulu Berdimuhəmmədov Daşkəndə rəsmi səfər edib. Danışıqlardan sonra Özbəkistanın tranzit strukturları ilə razılaşma nəticəsində ilin sonunda dayandırılan Türkmənistan enerji daşıyıcılarının Tacikistana tədarükü yenidən bərpa edilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti