...

Bir həftə ərzində Bakı-Tbilisi-Ceyhan boru kəmərinin nəql gücü artırılacaq – BTC Co Turkey-in rəhbəri

Energetika Materials 5 Mart 2009 15:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 mart / Trend / Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə 600 mln.barel neft nəql olunub, Ceyhan limanından isə 700 tanker göndərilib. Türkiyənin "Cihan" agentliyinin verdiyi xəbərə görə, bu barədə cümə axşamı "BTC Co" neft kəməri şirkətinin Türkiyə üzrə baş meneceri Can Süphi (VTS Turkey manager Jan Suphi) bildirib.

Süphinin sözlərinə görə, hazırda boru kəməri öz gücünün (layihə gücü sutkada bir mln. barel) 80 faizi ilə işləyir. Lakin indi müvafiq işlər aparılır. Süphi qeyd edib ki, bir həftə ərzində boru kəmərinin nəql gücü artırılacaq və onun imkanları sutkada 1,2 mln. barelə çatdırılacaq. Türkiyə ərazisindən keçən 993 kilometrlik hissədə aparılan işlər bir həftə ərzində başa çatdırılacaq.

Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə "Azəri-Çıraq-Günəşli" yataqları blokundan çıxarılan yüngül Azərbaycan nefti və "Şahdəniz" yatağından hasil edilən kondensat ixrac olunur. Boru kəmərinin maksimal layihə nəql gücü 1 mln. barel neftdir, lakin BTC-inin nəql imkanlarının sutkada 1,2 mln. barelədək artırılması üzrə işlər bu yaxınlarda başa çatdırılıb.

Neft bu boru kəməri ilə Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçməklə Türkiyənin Aralıq dənizindəki Ceyhan limanına çatdırılır.

Neft kəmərinin operatoru BP şirkətidir. "BTC Co"nun səhmdarları: BP (30,1 faiz); AzBTC (25 faiz); Chevron (8,9 faiz); StatoilHydro (8,71 faiz); TRAO (6,53 faiz); Eni (5 faiz); Total (5 faiz); Itochu (3,40 faiz); Inpex (2,5 faiz); ConocoPhillips (2,50 faiz) və Hess (2,36 faiz).

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti