...

2010-cu ildə SOCAR "Qaradağ" qaz anbarının genişləndirilməsini başa çatdıracaq

Energetika Materials 9 Mart 2009 12:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 mart / Trend , müxbir E.İsmayılıov /

2010-cu ilin martına kimi SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) "Qaradağ" yeraltı qaz anbarının aktiv həcminin artırılmasının birinci mərhələsi çərçivəsində anbara qaz doldurulmasının həcmini 500 milyon kubmetrdən 1,4 milyard kubmetrə çatdırılmasını həyata keçirir, - SOCAR şirkətinin geologiya, geofizika və işlənmə üzrə birinci vitse prezidenti Xoşbəxt Yusifzadə bildirib. Bunun üçün qaz anbarında qazokompressor stansiyası tikiləcək.

"Quyuların sayının çox olması səbəbindən oraya böyük həcmdə qaz doldura bilmərik. Bunun üçün bizə təzyiq lazımdır. Məhz bu səbəblərdən stansiyanın tikintisi vacibdir. Onun tikintisindən sonra anbara qaz doldurulmasının həcmi 1,4 milyard kub metrə kimi artırılacaq", - deyə Yusifzadə qeyd edib. Yeni kompressor stansiyası üçün kompressorların alınması bu ilin sonuna nəzərdə tutulub.

Anbarı genişləndirilmənin ikinci mərhələsi çərçivəsində anbarın aktiv qaz həcminin 2,4 milyard kub metrə kimi artırılması nəzərdə tutulub, - Yusifzadə bildirib.

Azərbaycanda cəmi iki yeraltı qaz anbarı var ki, onlardan biri "Kalmaz" qaz anbarıdır. Bu anbarın fəal gücü 1.1 milyard kubmetr qaz təşkil edir.

2008-2009-cu payız-qış dövrü üçün yeraltı qaz anbarına 1,4 milyard qaz doldurulub. "Azəriqaz" SC-nin rəhbəri Əlixan Məlikovun bildirdiyi kimi, qaz anbarından sutkalıq 10 milyon kub metr qaz çıxarılır.

2007-ci ildə yeraltı qaz anbarına bir milyard kub metrdən artıq qaz doldurulub. 2007-2008 payız-qış dövrü üçün nəzərdə tutulan bu həcm abonentlərin qazla təmin edilməsində istifadə edilib. 2006-2007-ci illərdə qaz anbarına istifadə üçün 1,024 milyard kubmetr qaz doldurulub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti