...

SOCAR şirkəti yüngül Azərbaycan neftinin satış coğrafiyasını genişləndirib

Energetika Materials 10 Mart 2009 19:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 mart / Trend , müxbir E.İsmayılov /

Cenevrədə SOCAR Trading SA şirkətinin yaradılması Azərbaycan neftinin coğrafiyasının Şərqdə Yaponiyadan ABŞ-ın qərb sahillərinə, Çili və Ekvadora kimi genişləndirilməsinə şərait yaradıb, - SOCAR-ın (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) yüksək vəzifəli nümayəndəsi bildirib. 

"Treydinq şirkətinin yaradılma səbəbi satış coğrafiyasının genişləndirilməsidir. Bu o deməkdir ki, biz Azərbaycanın yüngül neftini ən çox tələb olunan və ona çox miqdarda pul ödənilən yerə aparırıq", - mənbədən bildirilib.

Onun sözlərinə görə, bu strukturun yaradılması və Azərbaycan neft ticarətinin bilavasitə Aralıq dənizinin akvotoriyasından (Avropadan) çıxarılması satışların artırılmasına gətirib çıxarır.

SOCAR Trading SA 2008-ci ilin fevralında təsis edilib, beynəlxalq bazarlara çıxarılan Azərbaycan neftinin marketinqi ilə məşğul olur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti