...

Azərbaycanın EITI-nin birinci və yeganə tamhüquqlu üzvü seçilməsi uğurlu işin nəticəsidir - EITI İctimai Birliklərinin Koalisiyası

Energetika Materials 11 Mart 2009 18:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 mart / Trend /

"Azərbaycanın Hasilat Sənayesində Şəffaflıq Təşəbbüsünün (EİTİ) birinci və yeganə tamhüquqlu üzvü seçilməsi dövlət, xarici şirkətlər və vətəndaş cəmiyyətinin əməkdaşlığının nəticəsidir", - EITI İctimai Birliklərinin Koalisiyasının çərşənbə günü yayılmış məlumatında deyilir.

Azərbaycan EITI-nin tamhüquqlu üzvü kimi təsdiqlənməsi fevralın 16-18-də Dohada (Qətər), EITI çərçivəsində dördüncü beynəlxalq konfrans çərçivəsində qəbul edilib. Namizəd statusuna malik digər 25 üzv içərisindən yalnız Azərbaycan tamhüquqlu üzv seçilib.

Azərbaycan EITI-nin uğurla tətbiq olunduğu dövlətlərdən biridir və məhz bunun nəticəsində ölkə bu təşəbbüsdə tamhüquqlü üzv seçilib. Bu beynəlxalq arenada müsbət imicin formalaşdırılması üçün böyük əhəmiyyət daşıyır.

2007-ci ilin sentyabrında Afinada baş tutan EITI iclasında, EITI prinsiplərinin tətbiqi prosesinə qiymət verilməsi və bu prosesin uğurla aparıldığı ölkələrə tamhüquqlu status verilməsi haqqında qərar qəbul edilib. Azərbaycan bu proseslərə qoşulan ilk ölkələrdən olub.

Azərbaycanın qiymətləndirilməsi prosesi 2010-cu ilin martında başa çatmalı idi. Ancaq ötən ilin sonunda başlayan qiymətləndirmə işləri çox tez aparılıb. Qiymətləndirmə bu ilin fevralında başa çatdırılıb.

EITI tətbiqinin qiymətləndirilməsi üçün bu təşəbbüsün idarə heyəti tərəfindən bu prosesin qiymətləndirilməsi üzrə 20 indikator hazırlanmışdı.

Xəbər lenti

Xəbər lenti