...

Azərbaycan 2009-cu ildə dünya bazarlarına neft tədarükü həcmini artıracaq - OPEK

Energetika Materials 13 Mart 2009 18:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 mart / Trend , müxbir А.Bədəlova /

OPEK-in proqnozlarına əsasən, Azərbaycan neft tədarükü həcmini 2009-cu ildə sutkada 180 min barel artıraraq sutkada 1,05 milyon barelə çatdıracaq.

"Azərbaycan neftinin ən böyük həcmi bu il dördüncü rübdə müşahidə olunacaq - sutkada 1,1 milyon barel", - OPEK-in rəsmi saytında yerləşdirilən məlumatda deyilir. Azərbaycanda birinci rübdə neft tədarükünün həcmi sutkada bir milyon barel, ikincidə - 1,06, üçüncüdə isə - 1,05 milyon barel təşkil edəcək.

OPEK-in proqnozlarına görə, quruma daxil olan ölkələrin ümumi tədarük həcmi 2009-cu ildə 550 min barel artaraq - sutkada 50,89 milyon barel. Bu göstərici, qurumun bir müddət əvvəl verdiyi proqnozdan sutkada 30 min barel çoxdur. 

Tədarüklərin ən böyük həcmi dördüncü rübdə - sutkada 51,15 milyon barel həcmində müşahidə olunacaq. 

Proqnozlara əsasən, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının ölkələri 2009-cu ildə sutkada 19,5 milyon barel neft tədarük edəcək.

Sabiq Sovetlər Birliyi ölkələrinin tədarük həcmi proqnozlara əsasən, bu il sutkada 12,72 milyon barel olacaq ki, bu da 2008-ci ildəki rəqəmdən 160 min barel çoxdur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: с[email protected]

Xəbər lenti

Xəbər lenti