...

SOCAR Lukoyl-un qazma qurğusunu Qazaxıstan yataqlarından birinə nəql edir

Energetika Materials 14 Mart 2009 14:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 mart / Trend /

Azərbaycanın SOCAR şirkəti tərəfindən gəmilərlə çatdırılacaq Rusiyanın LUKOYL şirkətinə məxsus olan "Astra" qazma qurğusu Qazaxıstanın "Kurmanqazı" yatağında qazıma işləri aparacaq, - SOCAR-ın məlumatında deyilir. 

Əvvəllər qurğu Rusiyanın Xəzər sektorundakı "Xvalınski" yatağında kəşfiyyat xarekterli qazma işləri aparırdı. Bir il öncə "Astra" qurğusu SOCAR şirkətinin Xəzər Dəniz Neft Donanmasının gəmiqayırma müəssisəsində təmir edilmişdi.

6000 ton ağırlığında olan qazıma qurğusunun nəqli üçün sadəcə SOCAR-ın güclü yedəklərdən istifadə etmək lazımdır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti