...

2010-cu ildə Azərbaycanda neft hasilatı 65 mln. tona çatacaq

Energetika Materials 15 Mart 2009 21:51 (UTC +04:00)
2010-cu ildə Azərbaycanda neft hasilatı 65 mln. tona çatacaq

Vyana, Avstriya, 15 mart / Trend müxbir A.Ələsgərov/

2010-cu ildə Azərbaycanda neft hasilatı 65 milyon tona çatacaq. Bunu bazar günü Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev dedi. 2008-ci ildə ölkədə 45 milyon tonn təşkil edib.   

"Fəalliyət göstərən neft yataqlarında sübut olunmuş sənaye və hasil edilən ehtiyatlar 2,2 milliard tonn neft təşkil edir və geoloji kəşfiyyat işlərinin uğuru nəticəsində 5 milliarda qədər artırıla bilər", - Vyanada OPEK mənzil-qərargahında neft kartilinin növbəti konfransında çıxış edən Natiq Əliyev dedi.

Nazirin sözlərinə görə, Azərbaycanın enerji siyasətinin əsas prinsipləri ölkənin enerji resurslarında ehtiyacını ödəmək, ölkənin tam olaraq enerji təhlükəsizliyini təmin etmək, Avropa bazarlarına enerji resurslarını daşımaq üçün etibarlı "Şərq-Qərb" dəhlizi yaratmaqdır.   

"Davamlı inkişaf üçün vacib faktor olan enerji resurslarının dünya bazarlarına stabil  və təhlükəsiz çatdırılması bütün dünya ictimaiyyətinin marağınadır", dedi nazir, Trend Kapitalın müxbiri xəbər verir.

Natiq Əliyevin sözlərinə görə, Azərbaycanın dünyanın ən böyük enerji istehsalçı-ölkəsi olaraq, dünya bazarlarına enerji resurslarının daşınması üçün etibarlı "Şərq-Qərb" nəqliyyat dəhlizi yaradan ölkə kimi dünya iqtisadiyyatında rolu və əhəmiyyəti daha aydın görünür.

Xəbər lenti

Xəbər lenti