...

Azərbaycan energetikləri gücləndirilmiş iş rejiminə keçiblər

Energetika Materials 16 Mart 2009 15:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 mart / Trend /

"Azərenerji" Səhmdar Cəmiyyəti (Azərbaycanda elektrik enerjisinin istehsalı və paylanması üzrə müəssisə) Novruz bayramı günlərində əhalinin fasiləsiz enerji ilə təmin edilməsi məqsədilə plan hazırlayıb. Bu barədə SC-nin məlumatında deyilir.

Bu gündən etibarən SC-nin şöbələri gücləndirilmiş iş rejiminə keçib. Bütün ehtiyat avadanlıqlar işlək vəziyyətə salınıb, növbətçi təmir briqadalarının sayı artırılıb.

SC-nin məlumatında bildirilir ki, elektrik enerjisi istehlakında artım olmasına baxmayaraq, enerji təminatında problem olmayacaq.

Xəbər lenti

Xəbər lenti