...

Azərbaycanda azotun istehsalı artırılıb

Energetika Materials 16 Mart 2009 17:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 mart / Trend /

Yanvar-fevral ayları ərzində "Azərkimya" Dövlət şirkəti kimyəvi məhsulların istehsalını 2008-ci ilin ilk iki ayına nisbətdə 50,6 faiz azaldıb. Bu barədə Azərbaycan Dövlət Statistika Komitəsindən bildirilib.

Dövlət komitəsindən bildirilib ki, azotun istehsalı 33,4 faiz artıb. Propilen, polietilen, izopropil spirti, lak və boya məmulatları, kaustik sodanın istehsalı azalıb. Yanvar-fevral ayları ərzində xlor-oksid istehsal olunmayıb.

Cari ilin yanvar-fevral ayları ərzində istehsal olunan əsas kimyəvi məhsullar:

Məhsul

2009-cu ilin yanvar-fevral ayları ərzində istehsal

2008-ci ilin yanvar-fevral aylarına nisbətdə

Azot (mln.kub.m)

2,3

133,4

Kaustik soda (min t)

0,01

0,2

Propilen (min t)

1,3

25,8

Polietilen (min t)

2,5

26,5

İzopropil spirt (min t)

1

29,1

Lak və boya məmulatları (t)

0,3

81,4

Xlor oksidləri  (min t)

0

0

Xəbər lenti

Xəbər lenti