...

"Eurogas" Avropada qaz istehlakının artdığını qeyd edir

Energetika Materials 29 Mart 2009 12:55 (UTC +04:00)
"Eurogas" Avropada qaz istehlakının artdığını qeyd edir

Azərbaycan, Bakı, 29 mart / Trend , müxbir А.Bədəlova / 

"2008-ci ildə Aİ ölkələrində qaz istehlakının həcmi 2,1 faiz artaraq 517 milyard kubmetrə çatıb", - Avropa Qaz Sənayesi İttifaqı "Eurogas"ın rəsmi saytında yerləşdirilmiş məruzəsində deyilir.

"Eurogas"ın qiymətləndirmələrinə görə, Aİ-nin 27 ölkəsində qaz istehsalı ötən il 1,8 faiz artaraq 202 milyard kubmetrə çatıb. Bu əsasən Hollandiya (10,9 faiz) və Danimarkada (9,4 faiz) qaz istehsalının artımı hesabına mümkün olub.

Aİ ölkələrinə qaz tədarükünün əsas hissəsini 2008-ci ildə 39 faiz payla daxili istehsal təşkil edib. Xarici tədarüklərin əsas mənbələri 25 faiz payla Rusiya, 18 faiz payla Norveç və 10 faiz payla Əlcəzair olub.

"Eurogas"ın qiymətləndirmələrinə əsasən, Türkiyədə qaz istehlakı 2008-ci ildə 0,4 faiz artaraq 36,1 milyard kubmetr təşkil edib. Bir il əvvəl bu rəqəm 35,9 milyard kubmetr olub.

"Eurogas"ın proqnozlarına görə, 2030-cu ildə Aİ ölkələrində qaz istehlakının həcmi 43 faiz artaraq 625 milyon ton neft ekvivalenti təşkil edəcək. 2005-ci ildə bu rəqəm 438 milyon ton neft ekvivalentinə bərabər olub. Avropanın ilkin enerji istehlakında təbii qazın payı 2030-cu ildə 30 faizə qədər artacaq. 2005-ci ildə bu rəqəm 24 faiz təşkil edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti