...

Neftə olan aşağı qiymət dünya üzrə təchizatı təhlükə altına alır - CERA

Energetika Materials 30 Mart 2009 15:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 mart / Trend , müxbir A.Bədəlova /  

Kembric Enerji Tədqiqatları Assosiasiyası (CERA) hesab edir ki, neftin qiymətinin düşməsi nəticəsində sutkada 14,5 milyon barel proqnozlaşdırılan dünya üzrə təcihizat iki dəfə azala bilər.

Təşkilatın rəsmi saytında dərc olunan məruzədə qeyd olunur ki, 2009-2014-cü il ərzində artımın ümumi həcminin 7,6 mln. bareli təhlükə altında qala bilər. 

"Yaxın beş ildə istehsal gücünün azacıq artımı neft qiymətlərinin gələcəkdə qalxmasına səbəb ola bilsə də, bu ən çox "qara qızıl"a dünya üzrə tələbatın artmasından asılıdır", - məruzədə qeyd olunur. CERA-nın proqnozlarına görə, 2008 və 2009-cu illərdə dünyada neftə olan tələbatın azalması ümumilikdə sutkada 2,3 mln. barel təşkil edə bilər.  

ABŞ Enerji İnformasiyası Dövlət İdarəsinin (EİA) proqnozuna əsasən, cari ildə dünyada neftə olan tələbat sutkada 1,4 mln. barel azalaraq 84,27 mln. barel təşkil edəcək. 2010-cu ildə isə 0,88 mln. barel artım gözlənilir.

CERA da 2008 və 2009-cu illərdəki enmədən sonra 2010-cu ildə dünyada neftə olan tələbatın artacağını proqnozlaşdırır.

CERA-nın icraçı direktoru Ceyms Burxardın sözlərinə əsasən, gələn il neftə olan tələbat artmazsa bir neçə il ərzində neft bazarında çoxlu miqdarda istehsalat qalığı müşahidə ediləcək. 

Məruzədə qeyd olunur ki, neft hasil edən ölkələr 2008-ci illə müqayisədə gəlirlərinin azalması problemi ilə qarşılaşıblar və hazırki göstəricilər OPEK-in 35 yeni layihəsinin həyata keçirilməsinin ləngiyəcəyini göstərir.

27 mart sessiyasının nəticələrinə əsasən, Brent markalı neftin qiyməti bir barel üçün 1,48 dollar enərək 51,98 dollar, WTI markalı neftin may təchizatının qiyməti isə bir barel üçün 1,96 dollar enərək 52,38 dollar təşkil edib. 

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti