...

RWE Dea Xəzər regionunda əməliyyatlarını genişləndirmək istəyir

Energetika Materials 30 Mart 2009 18:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 mart / Trend , müxbir А.Bədəlova / 

"RWE Dea alman neft-qaz şirkəti Xəzər regionundakı əməliyyatlarının genişləndirilməsi yollarını axtarır", - şirkətin icraçı direktoru Georq Şoeninq "Financial Times Deutschland" qəzetinə müsahibəsində deyib.

"Biz Türkmənistan və Azərbaycanla danışıqlar aparırıq. Mən ümid edirəm ki, biz bu ilin birinci yarısında Türkmənistanla müqavilə bağlaya biləcəyik", - Şoeninq bildirib. Onun sözlərinə görə, bu ölkədə hasilat 2017-ci ya da 2018-ci ildə başlayacaq.

"RWE Dea, həmçinin mümkün Qazaxıstan layihələrinə də maraq göstərir", - Şoeninq qeyd edib.

RWE Dea alman şirkəti Azərbaycan və Mərkəzi Asiyadan Aİ ölkələrinə qaz ixrac edilməsini nəzərdə tutan "Nabukko" qaz kəməri layihəsi konsorsiumunun üzvüdür. Ondan başqa layihənin iştirakçıları OMV, Macarıstanın MOL, Bolqarıstanın Bulgargaz, Rumıniyanın Transgaz və Türkiyənin Botas şirkətləridir.

Ötən il RWE Dea-nın qaz istehsalı üç faiz artaraq 3,3 milyard kubmetrə çatıb. Neft hasilatı isə 8 faiz azalaraq 2,5 milyon tona enib. 

Xəbər lenti

Xəbər lenti