...

Gürcüstan Prezidenti əməkdaşlığa görə SOCAR-a təşəkkürünü bildirib

Energetika Materials 30 Mart 2009 19:15 (UTC +04:00)
Gürcüstan Prezidenti əməkdaşlığa görə SOCAR-a təşəkkürünü bildirib

Gürcüstan, Tbilisi, 30 mart / Trend , müxbir N.Kirtsxaliya /

Gürcüstan Prezidenti energetika nazirinə Gürcüstan kəndlərinin qazla təminatını sürətləndirməyi tapşırıb.

"Qazla təminatı nəzərdə tutan borular kəndlərə qədər çəkilsə də, ən əsası yerlərdə olan qaz kəmərlərini qazla təmin edib əhaliyə çatdırmaqdır ", - yerli icra orqanları ilə görüş zamanı Saakaşvili deyib.

Saakaşvili SOCAR-a (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) şirkət tərəfindən görülən işlərə görə təşəkkürünü bildirərək Energetika Nazirliyini əhalini tez bir vaxtda qazla təmin etməyə çağırıb.

Gürcüstan Prezidenti qeyd edib ki, Gürcüstan 5 il ərzində Azərbaycandan ucuz qiymətlərlə qaz ala bilər.

"Bu azərbaycanlı dostlar tərəfindən edilən böyük yarldımdır", - Saakaşvili deyib.  

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti