...

SOCAR anti-böhran proqramı çərçivəsində əsas tədbirlərini açıqlayıb

Energetika Materials 31 Mart 2009 19:05 (UTC +04:00)
SOCAR anti-böhran proqramı çərçivəsində əsas tədbirlərini açıqlayıb

Azərbaycan, Bakı, 31 mart / Trend /

"SOCAR-ın (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) anti-böhran proqramı çərçivəsində əsas tədbirlər bunlardır: şirkətin əsas fəaliyyət, xüsusilə də qeyri-istehsal sahələri üzrə xərclərinin maksimum azaldılması, idarəetmənin təkmilləşdirilməsi, xərclərin istiqamətlərinin optimallaşdırılmasında struktur dəyişiklilərinin aparılması, şirkətin işçilərinin sayının lazımi tələblərə gətirilməsi və uyğunlaşdırılması", - çərşənbə axşamı SOCAR prezidenti Rövnəq Abdullayev şirkətin anti-böhran proqramının realizəsinə həsr edilmiş müşavirədə deyib.

"Azərbaycan dünya maliyyə böhranının minimum təsir etdiyi ölkələr sırasında durur, ancaq qloballaşma, bazar iqtisadiyyatı və sıx beynəlxalq əlaqələr, neftin qiymətlərinin üç dəfə azalması şəraitində SOCAR-ın büdcəsinin gəlirlər bölməsində azalmalar müşahidə olunub", - Abdullayev bildirib.

SOCAR anti-böhran proqramı şirkət tərəfindən bu ilin 26 fevralında təsdiq edilib.

Xəbər lenti

Xəbər lenti