...

SOCAR şirkəti özünə aid olan NEZ-lərin birində neft şlamının emalı prosesinə yardım işləri aparır

Energetika Materials 31 Mart 2009 19:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 mart / Trend /

QSC-nin bu gün yaydığı məlumatda deyilir ki, Ekol Muhəndislik Xidmətləri QSC Heydər Əliyev adına Neft Emalı Zavodunda (NEZ) zavodun sahəsində yığılan neft şlamının təmizlənməsi və emalı məqsədilə yeni qazanxananın inşasına başlayıb. 

Yeni qazanxananın inşası zamanı Türkiyə istehsalı olan yeni avadanlıqlardan istifadə olunacaq. Yeni avadanlığın gücü üç atmosfer təzyiq altında 4000 kq/saat təşkil edəcək.

Qazanxana binasının inşasını və avadanlığın quraşdırılması işlərini iki ay ərzində tamamlamaq planlaşdırılır.

SOCAR-ın rəsmi internet saytında deyilir ki, So Ekol Muhəndislik Xidmətləri QSC 2006-cı il martın 1-də Abşeron yarımadasında mövcud olan ekoloji problemlərin həll olunması məqsədi ilə yaradılıb. QSC-nin  həmtəsisçiləri SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) - 51% və Lancer S.A. Services şirkətləridir - 49% .

Xəbər lenti

Xəbər lenti