...

Azərbaycan Aİ üçün vacib tərəfdaşdır – Avropa komissiyası nümayəndə heyətinin başçısı

Energetika Materials 1 Aprel 2009 15:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 aprel / Trend , müxbir А.Bədəlova / 

"Azərbaycan Aİ üçün vacib tərəfdaşdır və biz əməkdaşlığın davam etdirilməsinə böyük diqqət yetiririk", - çərşənbə günü enerji, nəqliyyat və ətraf mühit məsələləri ilə bağlı Aİ-Azərbaycan alt komitəsinin dördüncü iclasında Avropa komissiyası nümayəndə heyətinin başçısı Alan Vaddams deyib.

Onun sözlərinə görə, bu cür iclasların keçirilməsi böyük əhəmiyyət daşıyır və Azərbaycanla Aİ arasında artan əməkdaşlıqdan xəbər verir.

Avropa komissiyası nümayəndə heyətinin başçısı "Şərqi tərəfdaşlıq" çərçivəsində həm Azərbaycan, həm də digər ölkələrlə əməkdaşlığın dərinləşdirilməsinin vacibliyini vurğulayıb. "Şərqi tərəfdaşlıq" proqramı Aİ-nin altı postsovet ölkəsi - Gürcüstan, Azərbaycan, Ukrayna, Moldova, Ermənistan və Belarusla daha sıx əməkdaşlığı nəzərdə tutur.

"Şərqi tərəfdaşlıq" strategiyası özündə enerji məsələləri, o cümlədən enerji təhlükəsizliyi, demokratiya, iqtisadi inteqrasiya məsələləri, eləcə də Aİ ilə əməkdaşlığın möhkəmləndirilməsi üçün münbit şərait yaradılmasını ehtiva edir", - Vaddams deyib. Onun sözlərinə görə, "Şərqi tərəfdaşlıq" sammiti mayın ilk günlərində keçiriləcək.

Keçirilən iclasda müzakirə olunan əsas mövzular enerji, enerji təhlükəsizliyi və infrastrukturun (neft, qaz və elektrik enerjisi) inkişafı sahələrində qarşılqılı anlaşma qətnaməsinin realizəsi, ikinci enerji hesabatı da daxil olmaqla Aİ-nin enerji sektorundakı vəziyyətdir. Müzakirələr Azərbaycan və Aİ arasında tərəfdaşlıq və əməkdaşlıq müqaviləsi çərçivəsində keçirilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti