...

"Enerqo-Pro Corciya" şirkəti yeni elektrikötürücü xəttin tikintisinə başlayır

Energetika Materials 2 Aprel 2009 14:03 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 02 aprel / Trend , müxbir N.Kirtsxaliya /

"Enerqo-Pro Corciya" şirkəti bugün Xelvaçauri (Acarıstan) qəsəbəsində yeni elektrikötürücü xəttin (EÖX) tikintisinə başlayır. Trend -ın müxbirinə Gürcüstanın Enerji Nazirliyindən verilən məlumata görə, tikintinin açılış mərasimində Gürcüstan prezidenti Mixail Saakaşvili, enerji naziri Aleksandr Xetaquri və şirkətin rəhbərliyi iştirak edəcək.

Yeni xətt Türkiyəyə elektrik enerjisi ixrac etmək imkanı verəcək. 20 kilometrlik EÖX Batumi yarımstansiyasını Muratlı yarımstansiyası ilə birləşdirəcək. 110 kilovattlıq xəttin ötürücülük qabiliyyəti 180 meqavattdır.

Layihənin qiyməti 20-25 milyon dollardır. Tikinti müddəti 6-7 aydır. 400 nəfərin işlə təmin olunması gözlənilir.

Xəbər lenti

Xəbər lenti