...

SOCAR şirkəti Xəzər dənizinin Rusiyaya aid hissəsində geoloji tədqiqatlar aparacaq

Energetika Materials 18 Aprel 2009 11:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 aprel / Trend /

Xəzər Dəniz Neft Donanmasına (XDND) məxsus "Zöhrab Vəliyev" mühəndis-geoloji gəmi Xəzər dənizinin Rusiyaya aid hissəsində perspektivli "Rakuşeçnoe" struktrunda geoloji işlər aparacaq. Bu barədə XDND-nin tərkibinə daxil olduğu SOCAR şirkətinin (Azərbaycan Dövlət Neft Şirkəti) məlumatında bildirilir.

Platformların layihələndirilməsinə və onların inşasına başlamaq məqsədi ilə bu yatağı istismar edən Rusiyanın LUKOYL şirkəti SOCAR-ın Kompleks Geoloji-Kəşfiyyat və Topoqrafiya İdarəsi ilə statik zondlama işlərinin aparılması və qruntun yükgötürmə qabiliyyətinin və tərkibinin tədqiq edilməsi üzrə saziş imzalayıb.  

Ay ərzində "Zöhrab Vəliyev" 80 metr dərinliyində 4 mühəndis-geoloji quyu qazacaq

1970-ci illərdə azərbaycanlı geoloqlar tərəfindən aşkar edilən "Rakuşeçnoye" yatağı sahildən 100 metr məsafədə yerləşir. Lakin müvafiq infrastruktur olmadığından indiyədək işlənilməyib

Xəbər lenti

Xəbər lenti