...

SOCAR mayda Xəzərin perspektivli strukturunda kəşfiyyat qazmalarına başlayır

Energetika Materials 23 Aprel 2009 16:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 aprel / Trend , müxbir E.İsmayılov /

SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Xəzər dənizinin Azərbaycan hissəsində yerləşən "Ümid" perspektivli qazkondensat strukturunda ilk kəşfiyyat qazmalarına cari ilin may ayında başlayacaq. Bu barədə cümə axşamı SOCAR-da işlərə yaxın mənbə bildirib.

Bu strukturda kəşfiyyat qazmalarının aparılmasının əsas səbəbi ölkədə qaz hasilatını artırmaqdır.

"Platformanın ("Ümid-1") tikintisi hələ də davam etdirilir. Bu ayın sonunadək çox az iş qalıb. Qazma işləri, çox güman ki, mayda başlanacaq", - deyə mənbə bildirib.

Onun sözlərinə görə, platformanın tikintisi əsasən qeyri-sabit hava şəraiti səbəbindən gecikir, bu platformanın tikintisi üçün lazım olan avadanlıqların vaxtı-vaxtında göndərilməsinə təsir göstərir.

Perspektivli "Ümid" dəniz strukturunda çıxarılması ehtimal olunan ümumi qaz ehtiyatları 300 mlrd. kubmetr təşkil edir. "Ümid"də güman olunan qazkondensat ehtiyatları isə 30-40 mln. ton həcmindədir.

Tikilməkdə olan "Çıraq-6" platformasının bazasında inşa edilən "Ümid-1" platforması proqram çərçivəsində ən iri obyektdir. Onun hündürlüyü 72 metr təşkil edir. Platforma suyun 58 metr dərinliyində "Bulla dəniz" dəniz yatağından 15 km. aralıda yerləşəcək. SOCAR-dan əvvəllər verilən məlumata görə, platformadan altı qaz quyusunun qazılması planlaşdırılır.

Məqvlə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti