...

Bolqarıstan qaz birjası yaratmaq niyyətindədir – Baş nazir

Energetika Materials 24 Aprel 2009 15:54 (UTC +04:00)
Bolqarıstan qaz birjası yaratmaq niyyətindədir – Baş nazir

Azərbaycan, Bakı, 24 aprel / Trend /

Bolqarıstan Cənub-Şərqi Avropadan olan tədarükçü və istehlakçılara səmərəli qaz əldə etməkdə kömək edəcək qaz birjası yaratmaq niyyətindədir. Bu barədə cümə günü Bolqarıstanın Baş naziri Sergey Stanişyev cümə günü Sofiyada keçirilən "Avropa üçün təbii qaz: təhlükəsizlik və tərəfdaşlıq" adlı ikigünlük qaz sammitində bildirib.

Onun sözlərinə görə, Bolqarıstanın qlobal əməkdaşlıq siyasəti və enerji sektorunun güclənən mövqeyi bu ölkəyə xarici sərmayələrin yatırılması üçün real imkanlar yaradır. Bu, onun sözlərinə görə, bolqar istehlakçılar üçün qazın rəqabət qabiliyyətli qiymətlərinin yaranmasına imkan yaradacaq.

Stanişyev yanvarda təsirini Bolqarıstının da hiss etdiyi Ukrayna-Rusiya qaz böhranını xüsusi olaraq qeyd edib. "Bu böhran bizim üçün dərs olmalıdır və yeni (qaz nəqli) layihələrin reallaşdırılmasına təkan verməlidir", - deyə Bolqarıstanın Baş naziri bildirib.

Onun sözlərinə görə, forumda qaz infrastrukturunun inkişafı, qaz ticarətinin şəffaflığı və regional səviyyədə əməkdaşlıq məsələləri müzakirə olunmalıdır.

Bolqarıstanın iqtisadiyat və energetika naziri Peter Dimitrov bildirib ki, qaz boru kəmərlərinə bərabər çıxış olmalıdır. "Boru kəmərləri hamı tərəfindən istifadə oluna bilər, əgər buna görə vəsait ödənərsə", - deyə Dimitrov vurğulayıb.

Bolqarıstanın hazırda ildə 3,5 mlrd. kubmetr qaza tələbatı var. Onun ərazisindən tranzitlə ildə 17 mln. kubmetr yanacaq keçir.

Bolqarıstanda keçirilən qaz sammitində Avropa və Mərkəzi Asiyadan 28 ölkə, eləcə də ABŞ iştirak edir. Sammit Bolqarıstan Prezidenti Qeorqi Pırvanovun təşəbbüsü ilə keçirilir. Azərbaycan nümayəndə heyətinə sənaye və energetika naziri Natiq Əliyev başçılıq edir.

Sammitin yekunununda enerji təhlükəsizliyi məsələsinə dair birgə qətnamənin imzalanacağı planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti