...

Azəriqaz borcları silməyi planlaşdırmır

Energetika Materials 27 Aprel 2009 15:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 aprel / Trend , müxbir Ü.İsmayılova / 

Azəriqaz QSC ölkə əhalisinin qazdan istifadəyə görə yaranan borcunu silməyi planlaşdırmır. Bu barədə bazar ertəsi keçirilən mətbuat konfransında Azəriqaz rəhbərinin müavini Nazim Səmədzadə bildirib.

"Vətəndaşın borcunu və borcun silinməsini hökumət müəyyən edir və bununla bağlı tapşırıq verir. İndiyədək bizə əhalinin debitor borclarının silinməsi barədə heç bir göstəriş daxil olmayıb", - deyə Səmədzadə vurğulayıb.

Martda, onun sözlərinə görə, yeddi rayonda yığım aparılıb və bu rayonlarda müvafiq orqanlara qazdan istifadə haqlarının yığılması üzrə tədbirlərin gücləndirilməsi və yanacaq verilişinin dayandırılması üçün borcu 200-300 manatı ötən bütün abunəçilərin siyahısının tərtib edilməsi tapşırığı verilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti