...

Səudiyyə Ərəbistanına məxsus neft şirkəti Türkmənistana layihələr təklif edib

Energetika Materials 27 Aprel 2009 18:22 (UTC +04:00)

Türkmənistan, Aşqabad, 27 aprel / Trend , müxbir H.Həsənov /

PetroSaud Int (Səudiyyə Ərəbistanı) neft şirkəti icraçı direktor Tariq Usamə Əhməd Übeydin simasında Türkmənistan hökumətinə bİr neçə investisiya layihələri təqdim edib. Bu barədə türkmən KİV məlumat verir.

İş adamı bir gün əvvəl Türkmənistan Prezidenti Qurbanqulu Berdimuhammedovun qəbulunda olan Səudiyyə Ərəbistanı kral ailəsinin üzvü əmir Türki bin Əbdüləziz əl-Səudu müşayiət edib.

"Türkmən dövlət xəbərləri" dövlət xidmətinin verdiyi məlumata əsasən, tərəflər prioritet istiqamətlər sırasında hər iki ölkə iqtisadiyyatı üçün strateji önəm kəsb edən neft-qaz sektorunu qeyd ediblər.

Ötən həftə kənd təsərrüfatı məhsulları və sement istehsalı şirkətlərinin rəhbəri Sultan bin Məhəmməd bin Səud əl-Kəbirə əl-Səud Aşqabadda olub. Səudiyyə Ərəbistanından olan iş adamı ərəb biznes mühitinin dinamik inkişaf edən Türkmənistana maraq göstərdiyini qeyd edib. İnvestisiya layihələrinin reallaşma imkanları, sement və digər tikinti materiallarının istehsalı sahəsində, eləcə də kənd təsərrüfatı məhsulları sahəsində qarşılıqlı əməkdaşlıq barədə müzakirələr aparılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti