...

İyunun 30-da Azərbaycan neftinin qiyməti azalıb

Energetika Materials 1 İyul 2009 14:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 iyul / Trend , müxbir E.İsmayılov /

Iyunun 30-da CIF liman Augusta şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti $69,23/barrel təşkil edib. 1997-ci ildən yüngül neft hasil edən ARDNŞ-dan (Azərbaycan Dövlət Neft Şirkəti) çərşənbə günü verilən məlumata görə, çərşənbə axşamı neftin qiyməti bazar ertəsinə nisbətən $1,72/barrel azalıb.

Azeri Light neft növü Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yatağından çıxarılır. Neft digər növlərlə qarışdırılmadan Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə Türkiyənin Ceyhan limanına, dəmir yolu ilə Gürcüstanın Batumi limanlarına çatdırılır.

ARDNŞ-dan bildiriblər ki, FOB Türkiyənin Ceyhan limanı şərtlərilə Azərbaycanın yüngül neftinin qiyməti iyunun 30-da $68,18/barrel təşkil edib və bu, əvvəlki qiymətdən $1,46/barrel azdır.

Azərbaycan neftin URALS növünü də Novorossiysk limanından satır. Buraya xammal Bakı-Novorossiysk boru kəməri ilə çatdırılır. Keyfiyyətli Azərbaycan nefti Rusiyanın boru kəmərləri şəbəkəsində digər növlərlə qarışdırılır və Novorossiysk limanında URALS adı ilə satılır. Bu növ, spesifikasiyasına görə, Azərbaycan neftindən keyfiyyət və qiymətcə aşağıdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti iyunun 30-da $67,13/barrel təşkil edib və bu, əvvəlki qiymətdən $1,68/barrel azdır.

Şimal dənizindən hasil edilən Brent Dated etalon növlü neftin qiyməti iyunun 30-da $68,06/barrel təşkil edib. Bu, əvvəlki qiymətdən $1,79 /barrel azdır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti