...

Azərbaycanın geoloji gəmisi Xəzərin Türkmənistan ərazisində tədqiqatları başa vurub

Energetika Materials 2 İyul 2009 10:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 iyul / Trend /

ARDNŞ-ın mühəndis-geoloji gəmisi "Zöhrab Vəliyev" Xəzər dənizinin Türkmənistan sektorunda geoloji tədqiqatlar aparıb. Bu barədə ARDNŞ-in çərşənbə günü yayılmış məlumatında deyilir.

Aparılan işlər çərçivəsində 80 və 60 metr dərinlikdə iki geoloji quyu qazılıb və kern nümunələri götürülüb. Sualtı süxurlar kəsməsinin yuxarı hissələrinin fiziki-mexaniki xassələrinin laboratoriya şəraitində tədqiq edilməsi üçün üç quyunun statistik zondlaşdırılması aparılib.

Bu il ərzində "Zöhrab Vəliyev" gəmisi iki dəfə Xəzər dənizinin Türkmənistan ərazisindəki "Banka LAM" və "Banka Livanova" yataqlarında, həmçinin Xəzərin Rusiya ərazisindəki "Rakuşeçnoe" yatağında işlər həyata keçirib.

Hazırda gəmi suda ehtiyatlarını artırır. Gəmidə həmçinin texniki profilaktika işləri həyata keçirilir. Yaxın zamanlarda gəmi işlərin həyata keçirilməsi üçün Türkmənistanın "Banka Jdanova" yatağına  yollanacaq.

Xəbər lenti

Xəbər lenti