...

Azərbaycan Prezidenti "Azəriqaz" QSC-nin ARDNŞ-nin tabeliyinə verilməsi barədə sərəncam imzalayıb

Energetika Materials 1 İyul 2009 20:26 (UTC +04:00)
Azərbaycan Prezidenti "Azəriqaz" QSC-nin ARDNŞ-nin tabeliyinə verilməsi barədə sərəncam imzalayıb

Azərbaycan, Bakı, 01 iyul / Trend /

Azərbaycan Prezidenti İlham Əliyev "Azəriqaz" QSC-nin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin tabeliyinə verilməsi barədə sərəncam imzalayıb. Məlumatı AzTV telekanalı yayıb.

Prezidentin sərəncamı ilə Əmlak Məsələləri Dövlət Komitəsinə və Vergilər Nazirliyinə ARDNŞ-nin tərkibində "Azəriqaz" QSC-nin yenidən təşkil edilməsi və dövlət qeydiyyatına alınmasının təmin olunması tapşırılıb.

Nazirlər Kabinetinə 1 ay müddətində ARDNŞ-nin Nizamnaməsi və strukturunun təkmilləşdirilməsi ilə bağlı təkliflərini və qüvvədə olan qanunvericilik aktlarının bu sərəncama uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Prezidentinə təqdim etməsi tapşırılıb.

Xəbər lenti

Xəbər lenti