...

Gürcüstan Nabukko layihəsinin imzalanma mərasiminə dəvət olunmayıb

Energetika Materials 7 İyul 2009 13:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 iyul / Trend /

Nabukko layihəsinin reallaşdırılmasına iyulun 13-də Ankarada üç ölkə hökuməti arasında müqavil imzalanması ilə başlanılacaq. Qaz kəməri ərazisindən keçəcək Gürcüstan mərasimdə iştirak etməyəcək.  

Gürcüstanın energetika nazirinin müavini Marik Valiaşvilinin qeyd etdiyi kimi, imzalanma mərasimində yalnız qaz kəmərini maliyyələşdirəcək ölkələr iştirak edəcək.  

"Gürcüstan onların sırasına daxil deyil. Ölkə layihənin hansı hissəsində istəsə, o hissəsində iştirak edə bilər ", - deyə Valiaşvili bildirib.

Dəyəri 7,9 mlrd. avro olan "Nabukko" qaz kəmərinin tikintisinə başlamaq 2011-ci ildə nəzərdə tutulub. Boru kəməri ilə ilk tədarüklər 2014-cü ildə başlanacaq. Boru kəmərinin maksimal ötürmə gücü ildə 31 mlrd. kubmetr olacaq. Layihənin iştirakçıları OMV, Macarıstanın MOL, Bolqarıstanın Bulgargaz, Rumıniyanın Transgaz, Türkiyənin Botas və Almaniyanın RWE şirkətləridir. Onların hər biri bərabər paya - 16,67 faiz paya malikdir.

Layihənin ümumi dəyərinin təqribən 30 faizi sərmayə şəklində layihədə iştirak payı əsasında Nabucco Gas Pipeline International tərəfindən yatırılacaq. Qalan 70 faiz isə kreditlər hesabına ödənəcək.

Xəbər lenti

Xəbər lenti