...

Qazaxıstan istehsalçıları Azərbaycan ərazisindən neft nəqlini artırmaq imkanlarını nəzərdən keçirirlər

Energetika Materials 7 İyul 2009 16:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 iyul / Trend , müxbir E.İsmayılov /

"Bu gün Azərbaycan ərazisindən ayda təxminən 200-250 min ton Qazaxıstan nefti nəql olunur. Ancaq bu ölkədə neft hasilatı ilə məşğul olan və onu Azərbaycan ərazisindən nəql edən şirkətlər tranzit həcmlərini artırmaq niyyətindədirlər", - Azərbaycanın neft-qaz sənayesindəki mənbə deyib.

"Hazırda SOCAR və "Tengiz" yatağını işlədən ABŞ-Qazaxıstan birgə şirkəti olan "TengizŞevroyl" Azərbaycan ərazisindən dəhliz üzrə neft nəqlinin həcminin genişləndirilməsi imkanlarını öyrənirlər", - cümə günü SOCAR-ın yüksək vəzifəli nümayəndəsi deyib.

Tərəflər neft nəqlinin həm boru kəməri marşrutları, həm də Qara dənizin Batumi və Kulevi limanı istiqamətində dəmiryol dəhlizləri ilə aparılması variantlarını nəzərdən keçirirlər.

Ötən ilin oktyabrında ChevronTexaco ABŞ şirkəti BTC ilə Tengiz neftinin nəqlinə başlayıb. Müqaviləyə əsasən, Tengiz nefti dəmiryol vasitəsilə Batumi limanına və "Bakı-Tbilisi-Ceyhan" (BTC) neft kəməri vasitəsilə sabit həcmdə tədarük ediləcək və ilin sonuna qədər Qazaxıstan neftinin Azərbaycan ərazisindən nəqlinin həcmi 4 milyon tona çatacaq.

Yanvar-may aylarında BTC ilə təxminən 754,8 min ton Qazaxıstan nefti nəql olunub. Yanvar-aprel aylarında bu rəqəm 592 min ton olub.

2008-ci ildə (oktyabr-dekabr) ВТС ilə 285,1 min ton Qazaxıstan nefti nəql olunub.

ChevronTexaco "Tengiz" yatağının operatorudur. Müqavilə ərazisinin işlənməsi ilə "Tengiz Şevroyl" əməliyyat şirkəti məşğul olur.

BTC Co-nun səhmdarları aşağıdakılardır: BP (30,1 faiz); AzBTC (25 faiz); Chevron (8,90 faiz ); Statoil (8,71 faiz ); ТРАО (6,53 faiz ); Eni (5 faiz ); Total (5 faiz ); Itochu (3,40 faiz ); Inpex (2,50 faiz ); ConocoPhillips (2,50 faiz ) və Amerada Hess (2,36 faiz ).

Kulevi limanı SOCAR-a, Batumi limanı isə "KazMunayQaz"-a məxsusdur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti