...

SOCAR-ın Türkiyədəki neft-kimya kompleksinin gəlirləri 150 milyon dollar səviyyəsində gözlənilir

Energetika Materials 8 İyul 2009 16:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 iyul / Trend , müxbir E.İsmayılov /

"Bu il SOCAR/Turcas Petrol/Injaz Projects şirkətlər alyansının 51 faizlik səhm paketinə malik olduğu türk neft-kimya müəssisəsinin gəliri təxminən 150 milyon dollar həcmində gözlənilir", - SOCAR-ın yüksək vəzifəli nümayəndəsi deyib.

2008-ci ildə SOCAR/Turcas Petrol/Injaz Projects şirkətlər alyansı Türkiyənin "Petkim" neft-kimya holdinqində 51 faizlik səhm paketinin alınması üçün tenderin qalibi olub. 2009-cu ildə şirkətlər alyansı "Petkim"ə 50 milyon dollar həcmində sərmayə yatıracaq.

"Petkim Petrokimya Holding" plastik qablaşdırmalar, parçalar, PVC, yuyucu vasitələr istehsal edir və Türkiyədə belə məhsulların yeganə istehsalçısıdır. Şirkət məhsullarının dörddə birini ixrac edir.

SOCAR 2015-ci ilə bu müəssisənin gəlirlərinin həcmini hazırkı$1,9 mlrd.-dan $4 mlrd.-dək artırmaq niyyətindədir. Hazırda holdinqin istehsal gücü 3,2 mln. tona bərabərdir. 2015-ci ilə bu göstərici 6,3 mln. tonadək artacaq. Bu gün Türkiyənin neft-kimya məhsullarına olan tələbatı $6,1 mlrd.-a bərabərdir və hər il tələbat 11-12 faiz artacaq. Hazırda "Petkim"in istehsalı Türkiyə bazarının təxminən 25 faizini əhatə edir.

Gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan tədbirlər nəticəsində "Petkim" neft-kimya kompleksində istehsal olunan məhsul Türkiyə bazarının 40 faizini əhatə edəcək. "SOCAR Petkim neft-kimya kompleksinin inkişafına təxminən 2 milyard dollar sərmayə qoyub", - bir müddət əvvəl dövlət şirkətinin prezidenti Rövnəq Abdullayev deyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti