...

ABŞ neftin bir barelinin 70 dollar səviyyəsində olacağını proqnozlaşdırır

Energetika Materials 8 İyul 2009 19:11 (UTC +04:00)
ABŞ neftin bir barelinin 70 dollar səviyyəsində olacağını proqnozlaşdırır

Azərbaycan, Bakı, 08 iyul / Trend , müxbir А.Bədəlova /

ABŞ-ın Dövlət Enerji İnformasiyası İdarəsi (EIA) özünün 2009-cu ildə neft proqnozlarını azaldaraq, bir barelə görə 60,35 dollara endirib. Bir müddət əvvəl EIA yüngül Amerika nefti WTI-nin orta qiymətinin bir barelə görə 67 dollar olacağını proqnozlaşdırmışdı.

2009-cu ilin ikinci yarısında EIA bir barelin 70 dollar səviyyəsinə çatacağını gözləyir ki, bu da ilin birinci yarısındakı qiymətdən 18 dollar yüksəkdir.

EIA 2010-cu ildə WTI-nin orta qiymətini 72,42 dollar səviyyəsində proqnozlaşdırır.

EIA-nın iyul məruzəsində deyilir ki, iyun ərzində qiymət artımı əsasən Asiyada işgüzar fəallığın səviyyəsinin gözləniləndən artıq olması fonunda müşahidə olunub. "Bazar əhval-ruhiyyəsi dünya iqtisadiyyatının və neftə olan tələbatın bərpası üzrə gözlənilənləri əks etdirməkdə davam edir", - məruzədə bildirilir.

EIA-ya görə, neft qiymətlərinin artımına OPEK-in hasilat səviyyəsini azaltması, İran və Nigeriyadakı iğtişaşlar dəstək verəcək. Qiymətlər üçün azaldıcı risk rolunu dünya iqtisadiyyatının bərpasının gecikməsi və ya gözlənilənlərin əksinə olaraq zəif bərpası və istehsal güclərinin çoxluğunun yüksək səviyyəsi ola bilər.

Neftin qiymətləri son ay yarım ərzində ən aşağı səviyyəyə enib. Çərşənbə axşamı keçirilən hərracların yekunlarına əsasən, Nyu York məhsul birjasında (NYMEХ) avqustda tədarük şərtilə WTI üçün fyuçers müqavilənin dəyəri 0,86 dollar azalaraq, bir barelə görə 62,08 dollara düşüb. Brent Şimal dənizi nefti üçün fyuçers qiymət 0,75 dollar azalaraq 62,46 dollara düşüb.

EIA ABŞ Enerji departamentinin statistik agentliyidir. O, 1977-ci ildə Konqres tərəfindən yaradılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti