...

SOCAR "Bakı-Novorossiysk" kəməri ilə neft nəqlini xeyli artırıb

Energetika Materials 10 İyul 2009 17:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 iyul / Trend /

"SOCAR ilin ilk yarısında "Bakı-Novorossiysk" kəməri ilə təxminən 1,23 milyon ton neft nəql edib. 2008-ci ilin analoji dövründə bu rəqəm 698,5 min ton olub", - SOCAR-ın məlumatında deyilir.

Mayda kəmərlə 170,5 min tondan çox neft nəql edilib.

2009-cu ildə SOCAR "Bakı-Novorossiysk" kəməri ilə nəqli 2,5 milyon tona qədər artırmağı planlaşdırır. 2008-ci ildə bu rəqəm təxminən 1,3 milyon ton olub.

2007 və 2006-cı illərdə bu marşrutla 1,2 milyon ton, 2005-ci ildə 1,6 milyon ton neft ixrac edilib.

Xəbər lenti

Xəbər lenti