...

"Nabukko" layihəsi bir çox istiqamətlərdə Gürcüstan üçün faydalı olacaq – gürcü ekspertlər

Energetika Materials 13 İyul 2009 15:33 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 13 iyul /  Trend , müxbir N.Kirsxaliya /

Gürcü ekspertlər hesab edirlər ki, "Nabukko" layihəsinin reallaşdırılması bir çox sahələrdə Gürcüstana fayda verəcək. Giya Nodiyanın jurnalistlərə verdiyi məlumata görə, layihə Gürcüstanın təhlükəsizliyi üçün son dərəcə əhəmiyyətli rol oynayır.

"Nabukko" layihəsinin fəaliyyətə başlamasından sonra Avropa artıq Rusiyadan asılı olmayacaq və Gurcustanın təhlükəsizliyi təminatı barədə düşünmək üçün daha çox əsası olacaq", - ekspert deyib.

Layihə üzrə hökumətlərarası sazişin imzalanma mərasimi bu gün Türkiyədə keçiriləcək. Sənədi Türkiyə, Avstriya, Bolqarıstan, Macarıstan və Rumıniya imzalayacaq.

"Nabukko" layihəsi Rusiyadan yan keçərək təbii qazın Xəzər regionundan Avropaya nəqlini nəzərdə tutur.

Gürcüstan üçün Nabukko layihəsindən gələn gəlirin iqtisadi və sosial aspekti haqqında ekspert Revaz Arveladze danışıb. Onun sözlərinə görə, Gürcüstan, ilk növbədə, qazın nəqlindən yüz milyonlarla gəlir əldə edəcək. "İkincisi isə sosial məqamdır. Gürcüstanda yüzlərlə insan boru kəmərinin tikintisi zamanı işlə təmin olunacaq", - ekspert bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected] 

Xəbər lenti

Xəbər lenti